Bakıda
tanınmış bloger qəzaya uğrayaraq xəsarət alıb.
Xəbərin.az Teleqraf-a
istinadla xəbər verir ki, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin
kəsişməsində qeydə alınıb.
Nuray
Muxtarovanın idarə etdiyi “Şevrolet” markalı avtomobil kəsişmədə başqa bir
avtomobillə toqquşub.
Qəza
zamanı xəsarət alan Nuray Muxtarova Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, Nuray Muxtarova Speys TV-də çalışan aparıcı Humay Muxtarovanın qızıdır.