Elgiz
Əkbər və Tolikin (Tarix Əliyev) müəllifi və aparıcısı olduğu verilişlər
bağlanıb.
Xəbərin.az xəbər
verir ki. bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Elgizin ARB-də
yayımlanan “Elgizlə izlə” verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb.
Tarix Əliyevə isə (Speys TV) bu həftədən canlı efir qadağan edilmişdi, ona görə
əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq
və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq.
Həmçinin vurğulanıb ki, Zaur
Nəbioğluna (ATV) şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi
bundan sonra daha diqqətlə aparılacaq.
Redaksiyanın sorğusuna kanalların heç birindən cavab verilməyib.
Tarix Əliyev aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda danışmaq
istəmədiyini açıqlayıb.
Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub.