Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

ABŞ–İran danışıqları Cenevrədə davam edəcək

22 Fevral 2026, 22:49 Ölkə 18 baxış
ABŞ–İran danışıqları Cenevrədə davam edəcək

ABŞ ilə İran arasında diplomatik gərginlik artmaqda davam edir. 

Xəbərin.az xəbər verir ki, Vaşinqton Tehrandan qısa müddət ərzində konkret təklif gözlədiyini açıqlayıb. Beynəlxalq mediada razılaşma əldə olunmadığı halda İranın ali lideri Əli Xamenei'ni hədəf ala biləcək mümkün əməliyyat iddiaları da gündəmə gəlib.

Bədr bin Həməd əl-Busaidi bildirib ki, danışıqlar 26 fevralda Cenevrədə davam edəcək. Tərəflər daha əvvəl Omanda dolayı təmaslar aparmış, sonra görüşlər Cenevrədə davam etmişdi. Müzakirələrdə əsas mövzu İranın uranı zənginləşdirmə səviyyəsi olub.

Axios nəşrinin məlumatına görə, İran konkret təklif təqdim edərsə, ABŞ Cenevrədə yeni nüvə danışıqlarına hazırdır.