Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Kürdəmirdə ağır qəza nəticəsində bir neçə nəfər xəsarət alıb

22 Fevral 2026, 22:43 Hadisə 15 baxış
Kürdəmirdə ağır qəza nəticəsində bir neçə nəfər xəsarət alıb

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var. 

Xəbərin.az-ın xəbərinə görə, hadisə axşam saatlarında rayon ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan minik avtomobili 4 nəfəri vurub. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı xəsarət alanların ikisinin azyaşlı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.