Xəbərin.az - Operativ Xəbər Portalı
01 Mart 2026, Bazar

Türk serialında Azərbaycan mahnısı səsləndi

07 Fevral 2026, 14:46 Mədəniyyət 26 baxış
Türk serialında Azərbaycan mahnısı səsləndi

Türkiyənin reytinqli serialı “Veliaht”da növbəti dəfə Azərbaycan mahnısına yer verilib.

Xəbərin.az məlumat verir ki, layihənin son bölümündə mərhum sənətkarlar Nərminə Məmmədova və Sinan Səidin ifasında “Evlərinin önü yonca” mahnısı səslənib.

Qeyd edək ki, ekran işi Qarsdan olan ailənin hekayəsindən bəhs edir. Həmçinin bu layihədə daha öncə də musiqimiz və rəqslərimiz nümayiş olunub.